Şərhlər
ŞƏRHLƏR
3 dəqiqə oxuma
ABŞ İran razılaşması mövzusunda nikbindir, lakin danışıqların keçirilib-keçirilməyəcəyi bəlli deyil
Gərginlik, qarşılıqlı təhdidlər və iqtisadi risklərin kölgəsində ABŞ İran ilə Pakistanda keçirilməsi planlaşdırılan sülh danışıqları üçün ehtiyatlı bir nikbinlik siqnalı verdi, Vaşinqtonun bu addımı...
ABŞ İran razılaşması mövzusunda nikbindir, lakin danışıqların keçirilib-keçirilməyəcəyi bəlli deyil
Pakistan İslamabadda ABŞ və İranı yenidən başlayan sülh danışıqları üçün qəbul etməyə hazırlaşır. / Reuters

Gərginlik, qarşılıqlı təhdidlər və iqtisadi risklərin kölgəsində ABŞ İran ilə Pakistanda keçirilməsi planlaşdırılan sülh danışıqları üçün ehtiyatlı bir nikbinlik siqnalı verdi; Vaşinqtonun bu addımı diplomatik həll axtarışlarını yenidən gündəmə gətirdi.

Amerika Birləşmiş Ştatları İran ilə sülh danışıqlarının Pakistanda baş tutacağına dair əminliyini ifadə edib. İranlı yüksək rütbəli rəsmilərdən biri isə Tehranın iştirak məsələsini dəyərləndirdiyini bildirib. Lakin atəşkəsin sonuna yaxınlaşarkən ciddi maneələr və qeyri-müəyyənliklər qalmaqdadır.

ABŞ Prezidenti Donald Trump neft qiymətlərində daha çox artımın və birja şoklarının qarşısını alacaq razılaşma istəyir, lakin İranın nüvə silahı inkişaf etdirmə imkanlarına sahib ola bilməyəcəyi mövzusunda da israr edir.

Rəsmi Tehran isə müharibəyə qayıdışın qarşısını alan və sanksiyaları yüngülləşdirən, lakin nüvə proqramına maneə törətməyən razılaşma əldə etmək üçün Hörmüz boğazı üzərindəki nəzarətindən bir kozır kimi istifadə etməyə ümid edir.

“Reuters” xəbər agentliyinə danışan iranlı rəsmilərdən biri əvvəllər danışıqları rədd etmələrinə baxmayaraq, rəsmi Tehranın iştirakı "müsbət şəkildə nəzərdən keçirdiyini", lakin hələ bir qərar verilmədiyini vurğulayıb.

Danışıqlara cəlb olunmuş pakistanlı bir mənbə, müzakirələrin aprelin 22-də yenidən başlaması üçün siqnal olduğunu və razılaşma imzalanacağı təqdirdə Trumpın şəxsən və ya onlayn olaraq qatıla biləcəyini söyləyib. Adının açıqlanmaması şərti ilə danışan mənbə: "İşlər irəliləyir və sabahkı danışıqlar yolunda gedir"-deyə bildirib.

Danışıqlarla bağlı nikbinlik neft qiymətlərini düşürdü

ABŞ-İran sülh danışıqlarının bu həftə yenidən başlayacağı gözləntisi ilə Asiyadakı erkən ticarət əməliyyatlarında neft qiymətləri düşüb, səhmlər bahalaşıb. Neft qiymətləri danışıqlara dair şübhələr səbəbindən aprelin 20-də təxminən 6 faiz yüksəlmişdi.

Brent markalı neftin fyuçersləri 54 sent (və ya 0,6%) düşərək barrel başına 94,94 dollara geriləyib.

WTI (ABŞ Qərbi Texas Intermediate) isə 1,11 dollar (və ya 1,2%) düşərək 88,50 dollara düşüb.

Nazirlik İran dövlət mediasının yaydığı məlumata görə, "İran milli maraqlarını və təhlükəsizliyini müdafiə etmək üçün bütün imkanlarından istifadə edəcək... Bölgədəki hər hansı gərginlik artımına görə tamamilə ABŞ məsuliyyət daşıyacaq" -deyə açıqlama yayıb.

Dəniz təhlükəsizliyi mənbələri aprelin 20-də gəminin içində Vaşinqtonun hərbi məqsədlə istifadə edilə biləcəyini düşündüyü "ikiqat təyinatlı" materialların olma ehtimalının yüksək olduğunu qeyd edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "Touska" heyətinin altı saat ərzində edilən təkrar xəbərdarlıqlara məhəl qoymadığını və gəminin ABŞ blokadasını pozduğunu açıqlayıb.

Diplomatik maneələr və təhdidlər

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 20-də verdiyi açıqlamada Vaşinqtonun atəşkəs pozuntularının diplomatik prosesin qarşısındakı ən böyük maneə olduğunu deyib. Baş müzakirəçi Məhəmməd Baqir Qalibaf isə "X" platformasında Trumpı İran limanlarına blokada tətbiq edərək təzyiqi artırmaqda ittiham edib və İranın təhdid altında müzakirələri rədd etdiyini əlavə edib.

Trump aprelin 20-də verdiyi açıqlamada İranın müzakirə edəcəyinə inandığını, lakin nüvə silahına icazə verməyəcəyini təkrarlayıb: "Müzakirə edəcəklər və ümid edirəm ki, ədalətli bir razılaşma əldə edərlər, ölkələrini yenidən ayağa qaldırarlar, lakin bunu etdikdə nüvə silahları olmayacaq".

Pakistanlı mənbənin bildirdiyinə görə, atəşkəs aprelin 22-də Şərq vaxtı ilə saat 20:00-da (İran vaxtı ilə cümə axşamı 03:30) başa çatacaq.

Pakistan danışıqlara hazırlaşır

Pakistan reallaşıb-reallaşmayacağına dair qeyri-müəyyənliyə baxmayaraq, görüşlərə ev sahibliyi etməyə hazırlaşır. Rəsmilər İslamabad daxilində təxminən 20 min təhlükəsizlik personalının xidmətə cəlb edildiyini bildiriblər.

“Axios”un ABŞ mənbələrinə istinadən verdiyi xəbərə görə, ABŞ vitse-prezidenti Cey Di Vens İran görüşləri üçün bu gün Pakistana gedəcək. Daha əvvəl “Reuters”ə danışan bir mənbə isə Vensin aprelin 20-də hələ ölkəsində olduğunu qeyd edərək, onun artıq yolda olması ilə bağlı xəbərləri təkzib etmişdi.

Tramp aprelin 20-də şərtlərini rədd edəcəyi təqdirdə İrandakı hər bir körpünü və elektrik stansiyasını məhv edəcəyi xəbərdarlığını edərək son dövrlərdəki təhdidlərinə davam edib. İran isə ABŞ-nin mülki infrastrukturuna hücum edəcəyi təqdirdə, Körfəzdəki ərəb qonşularının elektrik stansiyalarını və duzsuzlaşdırma (su təmizləmə) qurğularını vuracağını açıqlayıb.

Ağ Evin mətbuat katibi Karolin Livitt “Fox News”un "Hannity" proqramında ABŞ-nin İranla razılaşmaya yaxın olduğunu söyləyib. Livitt: "Hərbi əməliyyatın uğuru və Trampın sərt danışıqlar tərzi sayəsində bir razılaşmanın astanasındayıq. Əgər bu baş tutmasa, Prezidentin baş komandan kimi hələ də istifadə etməkdən çəkinmədiyi müxtəlif variantları var" deyib.