Prezident Rəcəb Tayyib Ərdoğan 17 Avqust Marmara zəlzələsinin ildönümü münasibətilə başsağlığı mesajı yayıb.
Ərdoğan mesajında deyib: “17 Avqust 1999 Marmara zəlzələsinin 27-ci ildönümündə həyatını itirənlərə Allahdan rəhmət diləyir, ağrısı ilk günkü kimi ürəyimizdə olan bütün itkilərimizin ailə və yaxınlarına başsağlığı arzularımı çatdırıram”.
1999-cu il avqustun 17-də Türkiyənin Mərmərə bölgəsində baş verən dağıdıcı zəlzələdən 27 il ötür. Episentri Kocaeli vilayətinin Gölcük rayonunda olan bu yeraltı təkanlar Türkiyə tarixinin ən böyük təbii fəlakətlərindən biridir.
17 avqust 1999-cu ildə baş verən 7,4 bal gücündə zəlzələ 17 min 480 insanın həyatına son qoydu.






















