Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin verdiyi açıqlamada Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 26-da ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığı bildirilib.
Görüş zamanı Ərdoğan amerikalı həmkarına Ağ Ev Müxbirləri Assosiasiyasının Vaşinqtonda keçirilən şam yeməyində baş verən silahlı hücum cəhdi ilə bağlı həmrəyliyini çatdırıb.
TÖVSİYƏ EDİLƏN
"Prezident Ərdoğan hadisələri demokratiya və mətbuat azadlığına qarşı törədilən mənfur hərəkət kimi qiymətləndirdiyini bildirib və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzulayıb", - məlumatda vurğulanıb.













