Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Şimali İraqdakı Kərkükə səfər etdi və yüksək səviyyəli görüşlər keçirib.
İ. Kalın iyulun 1-də Kərkük Beynəlxalq Hava Limanında İraq Türkmən Cəbhəsinin (İTC) rəhbəri Kərkük valisi Məhəmməd Saman Ağa tərəfindən qarşılanıb.
İbrahim Kalın Kərkükdəki ilk dayanacağı tarixi Kərkük qalası olub və orada tədqiqatlar aparıb, Türk Şəhidlər Qəbiristanlığını ziyarət edib.
Daha sonra İTC-nin qərargahınaa türkmən rəsmiləri ilə görüşüb.
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri həmçinin valilik binasında Məhəmməd Saman Ağa ilə görüşüb.
Bağdadda diplomatik əlaqələr
İbrahim Kalın iyunun 29-da İraqın paytaxtı Bağdadda bir sıra yüksək səviyyəli görüşlər keçirib.
O, İraq Prezidenti Nizar Amidi, Parlamentin sədri Haybət əl-Halbusi, Ali Məhkəmə Şurasının sədri Faiq Zeydan, Milli Təhlükəsizlik müşaviri Basim əl-Bədri, xarici işlər naziri Fuad Hüseyn, Milli Müdriklik Hərəkatının lideri Ammar əl-Həkim, Suverenlik İttifaqının lideri Xamis əl-Xəncər və Təkaddum Partiyasının lideri Məhəmməd əl-Halbusi ilə görüşüb.
Görüşlərdə Türkiyə ilə İraq arasında təhlükəsizlik və kəşfiyyat əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.


















