AZƏRBAYCAN
1 dəqiqə oxuma
B.Duran 8 Noyabr Zəfər Günü münasibətilə təbrik mesajı paylaşıb
B.Duran: “Qarabağ Zəfəri Azərbaycanın qətiyyətinin tarixi rəmzidir”
B.Duran 8 Noyabr Zəfər Günü münasibətilə təbrik mesajı paylaşıb
B.Duran 8 Noyabr Zəfər Günü münasibətilə təbrik mesajı paylaşıb

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran 8 Noyabr – Azərbaycanın Zəfər Günü ilə bağlı rəsmi bəyanat yayıb.

Sosial şəbəkə hesabında paylaşım edən Burhanəddin Duranın bəyanatında deyilir:

"Qarabağ Zəfəri can Azərbaycanın ərazi bütövlüyünə qovuşmaq iradəsinin, əzminin və qətiyyətinin tarixi rəmzidir. 8 Noyabr – Azərbaycanın Zəfər Gününü təbrik edirəm. Qarabağı yenidən azadlığa qovuşduran qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla anıram."

MƏNBƏ:TRT