TÜRKİYƏ
1 dəqiqə oxuma
B.Duran Ümumdünya Ətraf Mühit Günü münasibətilə təbrik mesajı yayımlayıb
Bununla bağlı İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbərinin sosial şəbəkə hesabında paylaşım edilib
B.Duran Ümumdünya Ətraf Mühit Günü münasibətilə təbrik mesajı yayımlayıb
B.Duran Ümumdünya Ətraf Mühit Günü və Türkiyə Ətraf Mühit Həftəsini təbrik edib

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Burhanəddin Duran 5 iyun tarixində Ümumdünya Ətraf Mühit Günü və Türkiyə Ətraf Mühit Həftəsini təbrik edib.

B.Duran bu barədə öz rəsmi sosial şəbəkə hesabında paylaşım edərək deyib: "Ətraf mühiti qorumaq təkcə təbiətə qarşı deyil, həm də gələcəyimizə qarşı məsuliyyətimizdir. Bu gün atdığımız hər bir addım sabah övladlarımıza qoyub gedəcəyimiz dünyanın necə formalaşacağını müəyyən edir."

İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri B.Duran daha sonra bunları əlavə edib:

"Hörmətli Əminə Ərdoğan xanımın himayəsi altında həyata keçirilən "Sıfır tullantı" hərəkatı ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə olunması sahəsində ölkəmizdə güclü təşəbbüs yaradıb. Bu layihə qısa müddətdə beynəlxalq miqyasda təqdir qazanan nümunəvi bir ətraf mühit səfərbərliyinə çevrilmişdir. Gələcək nəsillərə qoyub gedəcəyimiz ən qiymətli mirasın qorunan ətraf mühit və təmiz bir dünya olduğuna inanırıq. Daha təmiz, daha yaşıl və daha yaşanıla bilən bir dünya üçün təbiətlə harmoniyada yaşam anlayışını genişləndirməyə davam edəcəyik. 5 İyun Ümumdünya Ətraf Mühit Günü və Türkiyə Ətraf Mühit Həftəsi mübarək olsun."

MƏNBƏ:TRT