Yunanıstanın "Kathimerini" qəzetinin məlumatına görə, NATO-nun iyulun 7-8-də Ankarada keçiriləcək sammitində Türkiyənin Alyans daxilindəki rolunun daha da güclənəcəyi ehtimalı İsraildə ciddi narahatlıq doğurub. Nəşrin məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahunun son addımları Təl-Əvivin bu narahatlığını açıq şəkildə ortaya qoyur. Qəzet bunu İsrail hökumətinin ötən həftə qondarma erməni soyqırımını rəsmən tanıması ilə əlaqələndirir.
Məqalədə Netanyahunun "Prezident Rəcəb Tayyib Ərdoğanın İsrailin məhv edilməsini istəmədiyi bir gün belə yoxdur" iddiasının reallığı əks etdirmədiyi vurğulanıb. Müəllif qeyd edib ki, R.T.Ərdoğan heç vaxt İsrailin məhv edilməsi barədə bəyanat verməyib, sadəcə NATO-nun yeganə müsəlman üzvü olan ölkənin lideri kimi İsrail rəhbərliyinin Qəzzadakı radikal addımlarını və hücumlarını kəskin şəkildə tənqid edib. Məqalədə həmçinin tarixi faktlara da yer verilərək, 1492-ci ildə Katolik İspaniyasından qovulan yəhudilərin Osmanlı İmperiyasına sığındıqları xatırladılıb və Türkiyədə heç vaxt Xristian Avropasındakı qədər antisemitizmin mövcud olmadığı diqqətə çatdırılıb.


















