ELM VƏ TEXNOLOGİYA
1 dəqiqə oxuma
"SpaceX"in "Starship" sınaq uçuşu son dəqiqə texniki nasazlığı səbəbindən təxirə salınıb
Baş direktor İlon Mask hidravlik hissədəki problem səbəbindən buraxılışın dayandırıldığını və şirkətin bu gün daha bir cəhd etməyi hədəflədiyini açıqladı
"SpaceX"in "Starship" sınaq uçuşu son dəqiqə texniki nasazlığı səbəbindən təxirə salınıb
"SpaceX"in "Starship" sınaq uçuşu 21 may 2026-cı il. / Reuters

Baş direktor İlon Mask hidravlik hissədə yaranan problem səbəbindən fırlatmanın dayandırıldığını və şirkətin bu gün (22 may 2026) növbəti cəhdə hazırlaşdığını bildirib.

"SpaceX" şirkəti son dəqiqədə yaranan texniki problemə görə yeni nəsil "Starship" raketinin fırladılmasını bu günə təxirə salıb və bu vəziyyət təkmilləşdirilmiş sistemin ilk uçuşunun ləngiməsinə səbəb olub.

Baş direktor İlon Mask "X" platformasında etdiyi paylaşımda problemin fırlatma qülləsindəki hidravlik hissəhih düzgün şəkildə geri çəkilməməsindən qaynaqlandığını ifadə edərək: "Əgər bu problem bu gecə həll olunarsa, sabah saat 5:30-da (1030 GMT) növbəti fırlatma cəhdi baş tutacaq" deyib.

Sözügedən sınaq uçuşu "SpaceX"in daha güclü "Raptor" mühərriklərinə və fırlatmalar arasında daha sürətli hazırlıq müddəti təmin etməyi hədəfləyən yeni fırlatma səkisi sisteminə malik, yenidən dizayn edilmiş "Starship" raketinin ilk sınağıdır.

"SpaceX" indiyə qədər hazırlanmış ən güclü fırlatma sistemi kimi xarakterizə etdiyi "Starship"i gələcəkdə NASA-nın "Artemis" Ay missiyalarında, eləcə də peyklərin orbitə yerləşdirilməsində istifadə etməyi planlaşdırır.