TÜRKİYƏ
1 dəqiqə oxuma
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub
Bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı məlumatda qeyd edilib
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub
İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider olub

Türkiyənin İstanbul Hava Limanı gündəlik 1689 uçuş həyata keçirməklə Avropada zirvədə qərarlaşıb.

Bu barədə Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, sonrakı yerlərdə Parisin Şarl de Qoll, həmçinin Amsterdam, London və Frankfurt beynəlxalq hava limanları qərarlaşıb.

Antalya Hava Limanı isə gündəlik 1032 uçuşla Avropanın ən işlək 9-cu hava limanı olub.