Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk keçirdiyi mətbuat konfransında Suriyadakı son vəziyyətə münasibət bildirib.
O, SDF-nin ləğv edilərək Suriyanın dövlət qurumlarına inteqrasiya olunmasını məmnunluqla qarşıladıqlarını deyib. Zeki Aktürk vurğulayıb ki, bu addım Suriyanın suverenliyinin, ərazi bütövlüyünün qorunması və "tək dövlət, tək ordu" prinsipinin gücləndirilməsi baxımından mühüm irəliləyişdir.
Nazirlik rəsmisi həmçinin bəyan edib ki, Türkiyə Silahlı Qüvvələri hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Suriyada sabitliyin bərqərar olunmasına dəstək verməyə davam edəcək. O, rəsmi Ankaranın xüsusilə terrorla mübarizədə Suriya ordusunun potensialını gücləndirmək üçün yardımını əsirgəməyəcəyini diqqətə çatdırıb.





















