TÜRKİYƏ
2 dəqiqə oxuma
ŞKTR-nin Prezidenti xarici siyasətdə Türkiyə ilə koordinasiya şəraitində olduqlarını bildirib
Prezident Tufan Erhürman bildirib ki, rəsmi Ankara ilə koordinasiya şəraitində hərəkət etmək ənənəsi köklü bir praktikadır
ŞKTR-nin Prezidenti xarici siyasətdə Türkiyə ilə koordinasiya şəraitində olduqlarını bildirib
ŞKTR-nin Prezidenti xarici siyasətdə Türkiyə ilə koordinasiya şəraitində olduqlarını bildirib / AA
12 saat əvvəl

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu (ADF) 2026 tədbirində iştirak edib. Aprelin 18-də “Anadolu” agentliyinə müsahibə verən ölkə başçısı vurğulayıb ki, Kipr məsələsi və ölkənin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr əsasında atılır. Prezident bildirib ki, bu koordinasiyalı siyasət xətti onun prezidentlik müddəti ərzində daha da güclənəcək.

T.Erhürmn deyib: “Kipr məsələsi və ŞKTR-nin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşərək atılır. Bu, əvvəlki bütün liderlər dövründə də belə olub və mən vəzifəyə başlayarkən bunun daha da güclənərək davam edəcəyini bildirmişdim.”

T.Erhürman Türkiyə rəsmiləri ilə koordinasiyanın gündəlik səviyyədə davam etdiyini bildirib və yaxın zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə çox səmərəli görüş keçirdiyini əlavə edib.

Onun sözlərinə görə, görüşlərdə Kipr məsələsi üzrə son inkişaflar, həmçinin regional dinamikalar və onların münaqişəyə mümkün təsirləri müzakirə olunub. T.Erhürman əlavə edib ki, tərəflər tam koordinasiya məsələsində razılığa gəliblər.

Kipr probleminin həlli istiqamətində səylərə toxunan T.Erhürman bildirib ki, Kipr türkləri dialoqa sadiq qalmaqda davam edir, lakin təkcə danışıqlar prosesləri ilə məhdudlaşmaq niyyətində deyillər.

“Tarix bizə göstərib ki, danışıqlar masasından kənarda da bir reallıq mövcuddur. Kipr türklərinin bu çərçivəyə sıxışıb qalmaq kimi niyyəti yoxdur. Həll yolu tapmaq üçün xoş niyyətlə bütün səylərimizi davam etdirəcəyik”, – deyə o bildirib.

Xəbər verildiyi kimi, Antalya Diplomatiya Forumu çərçivəsində dünya liderləri və yüksək səviyyəli hökumət rəsmiləri aprelin 19-a qədər Türkiyədə bir araya gəlir. Bu böyük beynəlxalq toplantı bu il Aralıq dənizinin cənubunda yerləşən şəhərdə qlobal qeyri-müəyyənliyin idarə olunmasına həsr olunub.

Prezident R.T.Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən forum “Sabahı formalaşdırmaq, qeyri-müəyyənlikləri idarə etmək” mövzusu ətrafında təşkil olunub.

MƏNBƏ:TRT
Araşdırma
Türkiyə XİN rəhbəri H.Fidan Yaxın Şərqdə davamlı sülhə çağırış etdi
Türkiyə və Somali Prezidentləri ikitərəfli münasibətləri müzakirə ediblər
Antalya Diplomatiya Forumu aprelin 17-də öz işinə başlayıb
R.T.Ərdoğan: "Regional aktyorlar sülh və təhlükəsizliyin açarıdır"
Hakan Fidan Antalyada Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb
Numan Kurtulmuş Parlamentlərarası İttifaqın 152-ci Baş Assambleyasında çıxış etdi
B.Duran:“Türkiyə dezinformasiyaya qarşı mübarizəsini gücləndirir”
Hakan Fidan rusiyalı və səudiyyəli həmkarları ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
H.Fidan:"İsrailin Türkiyəni yeni düşmən elan etmək niyyətində olduğunu müşahidə edirik''
Dünya liderləri 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəlir
B.Netanyahunun da daxil olduğu 35 nəfər haqqında ömürlük həbs cəzası tələb edilib
B.Netanyahu Prezident R.T.Ərdoğanı hədəf alan açıqlamalarına görə tənqid atəşinə tutuldu
Prezident R.T.Ərdoğan ilə E.Makron arasında telefon danışığı baş tutub
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı 10 illik tranzit viza problemi həll olundu
Türkiyə dövləti Somalidə ilk xarici dərin dəniz qazma əməliyyatına başlayıb
R.T.Ərdoğan fələstinli məhbuslar üçün qəbul edilən ölüm cəzasını Hitlerin siyasətinə bənzətdi
Türkiyənin "Çağrı Bəy" gəmisi Somalidə qazma işlərinə başlayacaq
Rəcəb Tayyib Ərdoğan İranla ABŞ arasında əldə olunan atəşkəsi alqışladı
Prezident R.T.Ərdoğan “Roketsan”ın yeni istehsal müəssisələrinin açılış mərasimində iştirak edib
H.Fidan və M.İ.Dar arasında telefon danışığı baş tutub