SİYASƏT
2 dəqiqə oxuma
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Ötən həftə sonu Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu minlərlə lideri bir araya gətirərək beynəlxalq böhranların həlli istiqamətində mühüm platformaya çevrilib
Hakan Fidan:"Antalya Diplomatiya Forumu mühüm platformaya çevrilib"
Fidan 19 aprel 2026-cı ildə Antalyada keçirilən Antalya Diplomatiya Forumunun bağlanış mətbuat konfransında çıxış edir. / AA
4 saat əvvəl

Ötən həftə sonu Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu minlərlə lideri bir araya gətirərək beynəlxalq böhranların həlli istiqamətində mühüm platformaya çevrilib. Forumun bağlanış mərasimində çıxış edən Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin diplomatiya və vasitəçilik missiyasının getdikcə gücləndiyini vurğulayıb.

Üç gün ərzində Antalyanın qlobal diplomatiyanın mərkəzi olduğunu bildirən nazir Asiya-Sakit okean regionundan Latın Amerikasına, Avropadan Orta Asiyaya qədər geniş coğrafiyanı əhatə edən böhranların 52 müxtəlif sessiyada müzakirə edildiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər həmkarları ilə çoxsaylı ikitərəfli və çoxtərəfli görüşlər keçiriblər. Bu görüşlər arasında Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan nümayəndələrinin iştirakı ilə baş tutan dördtərəfli toplantı xüsusi əhəmiyyət kəsb edib. Regional sabitlik, iqtisadi əməkdaşlıq və münaqişələrin həllinə yönələn bu görüş barədə danışan Hakan Fidan deyib: "Məqsədimiz bu dörd ölkənin regional məsələləri real və tətbiq oluna bilən gündəmlə həll etməsidir. Əgər region xarici yardım gözləməyə davam edərsə, mövcud problemlər sonsuz bir hal alacaq’’.

Hakan Fidan sözügedən əməkdaşlığın hərbi ittifaq yaratmaq məqsədi daşıdığı barədə iddiaları qətiyyətlə rədd edib. O, Türkiyənin əsas prioritetinin münaqişələrdən uzaq durmaq, sabitliyi və iqtisadi inkişafı təmin etmək olduğunu bildirib. "Biz başqalarına qarşı ittifaq qurmuruq. Biz bölgəmizdəki münaqişələrə son qoymaq və iqtisadi tərəqqiyə nail olmaq üçün yollar axtarırıq",-deyə Hakan Fidan vurğulayıb.

Qeyd edək ki, forum çərçivəsində müsəlman ölkələrindən olan altı nümayəndə heyəti Qəzza sülh planı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün bir araya gəlib. Görüş iştirakçıları regionda davamlı sülhün bərqərar olması istiqamətində öhdəliklərini bir daha təsdiqləyiblər.

Məlumata əsasən, tədbirdə 23 dövlət və hökumət başçısı, 13 vitse-prezident və 50 nazir iştirak edib. Ümumilikdə 150 ölkə və 66 beynəlxalq təşkilatın təmsil olunduğu forumda 6400-dən çox adam iştirak edib.

Araşdırma
Donald Tramp: “İranla atəşkəsin uzadılmasına ehtiyac olmadığını düşünürəm”
Fələstin XİN başçısı: "İsrailə qarşı qlobal münasibət köklü şəkildə dəyişib"
WSJ: ''Səudiyyə Ərəbistanı ABŞ-yə Hörmüz boğazındakı blokadanı qaldırması üçün təzyiq edir''
ABŞ İrana uranın zənginləşdirilməsini 20 il müddətinə dayandırmasını təklif edib
İran beş ərəb ölkəsindən təzminat istəyib
Vens: "Pakistandakı İran danışıqlarında 'ciddi irəliləyiş' əldə olundu"
İsrail Livanın cənubunda "bufer zona"nın yaradılmasını təklif edib
Kansler Fridrix Merts Fələstin ərazilərindəki mövcud vəziyyətdən narahatlığını ifadə edib
İran Hörmüz boğazındakı gərginlik səbəbindən Körfəz limanlarının təhlükəsiz olmayacağını bildirdi
Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatları nəzərdən keçirir
ABŞ və İran arasında İslamabadda keçirilən sülh danışıqları uğursuzluqla nəticələnib
İran ilə ABŞ arasındakı danışıqlar prosesi başa çatdı
ABŞ İran müharibəsinə dəstək verməyən bəzi NATO ölkələrindəki hərbçilərini geri çəkəcək
Zelenski İran PUA-larını vurduqlarını iddia etdi, Rusiya neftinə sanksiya tətbiq olunmasını istədi
ABŞ İsrail-Livan sülh danışıqlarına ev sahibliyi edəcək
Rusiya Pasxa bayramı ilə əlaqədar Ukrayna ilə müvəqqəti atəşkəs elan edib
Burhanəddin Duran:''NATO müasir reallıqlara uyğunlaşmalıdır''
Donald Tramp: ''ABŞ qüvvələri İran və ətrafında hərbi mövcudluğunu davam etdirəcək''
Pakistan İsrailin Livana hücumlarını qəti şəkildə pisləyib
İsrail müxalifəti B.Netanyahunu tənqid atəşinə tutub