TÜRKİYƏ
1 dəqiqə oxuma
Prezident Ərdoğan: "Hər platformada Fələstin məsələsini ən güclü şəkildə müdafiə edəcəyik"
Ərdoğan 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması üçün qətiyyətlə mübarizəni davam etdirəcəklərini bildirib
Prezident Ərdoğan: "Hər platformada Fələstin məsələsini ən güclü şəkildə müdafiə edəcəyik"
Prezident Ərdoğan: "Hər platformada Fələstin məsələsini ən güclü şəkildə müdafiə edəcəyik" / TRT Azerbaycan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlətinin qurulmasının 38-ci ildönümü münasibətilə sosial media hesabında paylaşım edib.

Prezident Ərdoğan Fələstin məsələsini hər bir platformada ən güclü şəkildə müdafiə edəcəklərini bildirərək deyib:

"Dost və qardaş Fələstin Dövlətinin qurulmasının 38-ci ildönümünü təbrik edir, zülmə və zalıma qarşı şərəfli mübarizəsini davam etdirən qəhrəman Fələstin xalqına salamlarımı və sevgilərimi çatdırıram.

Türkiyə olaraq Fələstin məsələsini hər bir platformada ən güclü şəkildə müdafiə etməyə; 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan, müstəqil, suveren və ərazi bütövlüyünə malik Fələstin dövlətinin qurulması üçün qətiyyətlə mübarizə aparmağa, Fələstin xalqının azad və firavan gələcəyə qovuşması üçün bütün imkanlarımızla meydanda olmağı davam etdirəcəyik".