Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, regionun böhranlar və münaqişələrlə mübarizə apardığı dövrdə Türkiyə xalqı təhlükələrdən qorunub.
Prezident bildirib ki, 1919-cu ildə Samsundan başlayan müstəqillik yürüşü bu gün də davam edir.
"Müstəqillikdən gələcəyə uzanan bu yolun iki güclü simvolu var. Biri Bandırma bərəsi, digəri isə TCG Anadolu gəmisidir. Bandırma bərəsi ilə başlayan və TCG Anadoluyla davam edən bu yol Türkiyənin haradan gəlib hara getdiyinin göstəricisidir. Ölkəmizi fırtınalı dənizlərdən təhlükəsiz sahilə çıxarmağı bacardıq və bir çox sahədə tarixi nailiyyətlərə imza atdıq’’,-deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Bir tələbənin "Terrorsuz Türkiyə" prosesi ilə bağlı sualını cavablandıran R.T. Ərdoğan qeyd edib ki, əvvəllər Cənub-Şərqi və Şərqi Anadolu bölgələrində böyük terror problemləri mövcud idi, lakin artıq həmin bölgələrdə terror qalmayıb. Prezident əsas məqsədin bütün Şərq və Cənub-Şərq bölgələrində daimi sülh və əmin-amanlıq mühitini qorumaq olduğunu vurğulayıb.





















