İsrail ordusu aprelin 17-də ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasını pozaraq Livanın cənubundakı hərbi irəliləyişini davam etdirib və strateji əhəmiyyətə malik Bofort qalasını ələ keçirib.
Hücumlarını xüsusilə Tir və Nəbatiyyə şəhərləri ətrafında intensivləşdirən İsrail qüvvələri hərbi əməliyyatları Litani çayı xəttindən xeyli uzağa genişləndiriblər.
Qeyd edək ki, Təl-Əviv rəhbərliyi əməliyyatın ilkin mərhələsində əsas hədəfin yalnız ‘‘Hizbullah’’ qüvvələrini Litani çayının cənubundan təmizləmək olduğunu iddia edirdi.
Son addımlarla İsrailin Livan ərazisində işğal etdiyi sahə təxminən 2000 kvadratkilometrə çatıb ki, bu da Livanın ümumi quru ərazisinin təxminən beşdə birini təşkil edir.













