DÜNYA
1 dəqiqə oxuma
Bir gündə 274 alpinistin Everestin zirvəsinə qalxması ilə yeni dünya rekorduna imza atılıb
Nepal rəsmilərinin məlumatına görə, 274 alpinist bir gündə Everest zirvəsinə qalxaraq rekorda imza atıb
Bir gündə 274 alpinistin Everestin zirvəsinə qalxması ilə yeni dünya rekorduna imza atılıb
Bir gündə 274 alpinistin Everestin zirvəsinə qalxması ilə yeni dünya rekorduna imza atılıb

Nepal rəsmilərinin məlumatına görə, 274 alpinist bir gündə Everest zirvəsinə qalxaraq rekorda imza atıb.

Bununla da bir gün ərzində zirvəyə çatan ən çox insan sayı üzrə yeni dünya rekordu qeydə alınıb. Məşhur alpinist Kami Rita Şerpa zirvəyə 32-ci dəfə qalxaraq özünə məxsus olan rekordu təzələyib.

Daha əvvəlki rekord 22 may 2019-cu ildə qeydə alınmışdı. Həmin gün zirvəyə Nepal tərəfdən 223, Çin tərəfdən isə 113 olmaqla, ümumilikdə 336 alpinist qalxmışdı.

Dünyanın ən yüksək zirvəsi olan 8848 metrlik Everest dağı Çinin Tibet Muxtar Vilayəti ilə Nepal arasında yerləşir və dağın şərq tərəfi Çin sərhədləri daxilindədir.