DÜNYA
1 dəqiqə oxuma
Sergey Aksyonov: "Ukraynanın Krıma hücumu nəticəsində 4 nəfər həlak olub"
Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonov Ukrayna qüvvələrinin yarımadaya təşkil etdiyi son hücumlar barədə məlumat yayıb
Sergey Aksyonov: "Ukraynanın Krıma hücumu nəticəsində 4 nəfər həlak olub"
Sergey Aksyonov: "Ukraynanın Krıma hücumu nəticəsində 4 nəfər həlak olub" / AP

Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonov Ukrayna qüvvələrinin yarımadaya təşkil etdiyi son hücumlar barədə məlumat yayıb.

S.Aksyonov rəsmi Telegram kanalında etdiyi ilk paylaşımda Simferopoldakı qeyri-yaşayış obyektlərinin hədəf alındığını bildirib. İlkin məlumatlara görə, bu hava zərbəsi nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu hadisədən bir neçə saat sonra Krım rəhbəri yarımadada digər bir ölümcül hücumun qeydə alındığını bəyan edib. S.Aksyonovun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Azovskdan Kerç istiqamətinə hərəkət edən şəhərətrafı sərnişin qatarını vurub. PUA hücumu nəticəsində qatarda olan 1 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və operativ əməliyyat qrupları cəlb olunub, araşdırmalar davam etdirilir.