ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqların olduqca müsbət irəlilədiyini və növbəti həftə sonu nəticə əldə biləcəyini açıqlayıb.
Mətbuat mənsublarına açıqlamalar verən Tramp deyib: "Danışıqların əslində çox yaxşı getdiyini eşidirəm. Mümkün razılaşmaya dair isə bunu ifadə edə bilərəm; bu vəziyyət həftə sonu baş tuta bilər".
Lakin Trampın bu bədbinlikdən uzaq, nikbin yanaşması İran tərəfindən gələn bəyanatlarla ziddiyyət təşkil etdi.
İranın xarici işlər naziri Abbas Əraqçi Amerika Birləşmiş Ştatları ilə rabitə kanallarının açıq olduğunu bildirməklə yanaşı, Yaxın Şərqdəki müharibəni bitirməyə yönəlmiş danışıqlarda hələlik "konkret irəliləyiş" qeydə alınmadığını ifadə edib.
ABŞ Prezidenti Vaşinqton-Tehran xəttindəki görüşlərin İsrail ilə Hizbullah arasındakı müharibəyə dair danışıqlardan ayrı tutulmalı olduğunu vurğulayıb. Tramp "Bunları bir-birindən ayırmaq istəyirəm, çünki ikisi fərqli mövzulardır"deyib.
Livandakı qarşıdurmaları dayandırmaq səylərinə də toxunan Tramp ABŞ-nin Hizbullah ilə ilk dəfə birbaşa təmas qurduğunu açıqlayıb. ABŞ Prezidenti "Dünən atəş açmayacaqları barədə razılaşdılar; İsrail də atəş açmayacaq, hadisələrin gedişatını izləyəcəyik" deyib.
"Atəş xəttində qarşılıqlı qarşıdurmalar"
Digər tərəfdən, bölgədə gərginlik davam edir. ABŞ gecə saatlarında İrana məxsus pilotsuz uçuş aparatlarını və bir yerüstü idarəetmə stansiyasını vurduğunu açıqlayarkən; Tehran ünsürləri də bəzi Körfəz ölkələrinə raket və PUA-larla hücum təşkil edib.
Baş verən bu hərbi fəallığı yumşaq bir dillə şərh edən Tramp deyib: "Orası dünyanın fərqli bir bölgəsidir. O bölgədə atəşkəs, qarşıdurmaların daha mülayim səviyyədə getməsi deməkdir" ifadələrini işlədib. İrana qarşı əməliyyatlara toxunan ABŞ Prezidenti "Hər şeyin bir səbəbi var. Srağagün gecə və dünən gecə onları xeyli sərt vurduq. Vəziyyət mənə izah ediləndə bunun müsbət addım olduğunu söylədim" açıqlamasını verib.
Aprel ayının əvvəlindən bəri ABŞ ilə İran arasında, ayın ortalarından bəri isə Livanda rəsmi olaraq bir atəşkəs prosesi aparılır. Lakin razılaşmalara baxmayaraq, münaqişə tərəfləri arasındakı yerli xətlərdə gərginlik və qarşıdurmalar davam edir.














