TÜRKİYƏ
1 dəqiqə oxuma
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Hakan Fidan sabah Parisdə Ukrayna mövzusunda keçiriləcək "Könüllülər Koalisiyası"nın liderlər sammitində iştirak edəcək
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək
Hakan Fidan Parisdə keçiriləcək Ukrayna sammitində iştirak edəcək

Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazir Hakan Fidan sabah Parisdə Ukrayna mövzusunda keçiriləcək "Könüllülər Koalisiyası"nın liderlər sammitində iştirak edəcək. Hakan Fidanın sammitdə Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi qeyd olunub. Görüşdə Hakan Fidanın həmkarları ilə 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitində qəbul edilən qərarların Ukrayna üçün potensial nəticələrini müzakirə edəcəyi bildirilir.

Hakan Fidanın sammit çərçivəsində Türkiyənin Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha dilə gətirməsi gözlənilir. Nazir həmçinin Rusiya-Ukrayna müharibəsi kontekstində cəbhə xəttindəki son vəziyyət və müharibənin başa çatması istiqamətindəki diplomatik səylərlə bağlı rəsmi Ankaranın mövqeyini bölüşəcək.

Qeyd edək ki, Hakan Fidan sammit çərçivəsində Türkiyənin Rusiya və Ukrayna nümayəndə heyətlərini yenidən danışıqlar masasına qaytarmağa hazır olduğunu vurğulayacaq.