TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Sənəd Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan ilə İtaliyanın əmək və sosial siyasət naziri Marina Elvira Kalderone arasında Romada keçirilən görüşdə imzalanıb.
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Türkiyə və İtaliya arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan ilə İtaliyanın əmək və sosial siyasət naziri Marina Elvira Kalderone arasında Romada keçirilən görüşdə imzalanıb.

Görüş zamanı tərəflər məşğulluq, peşə təhsili, sosial təminat və iş həyatının tənzimlənməsi sahələrində ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

Nazir Vedat Işıkhan texniki heyətlərin gərgin işi sayəsində sazişin qısa müddətdə hazırlandığını bildirib. O, NATO müttəfiqi və strateji tərəfdaş olan İtaliya ilə münasibətlərin qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Türkiyəli nazir vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Corcia Meloni arasındakı sıx təmaslar iki ölkə arasında koordinasiyanı daha da gücləndirir. V. Işıkhan keçən ilin aprelində baş tutan 4-cü Hökumətlərarası Sammitin münasibətlərin yüksək səviyyədə olduğunu göstərdiyini bildirib.

Nazir qeyd edib ki, peşə təhsili, məşğulluq siyasəti və sosial təminat sistemlərinin davamlılığı üzrə təcrübə mübadiləsi hər iki ölkəyə töhfə verəcək.