TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident Ərdoğan Qurban bayramını Qəzza ilə həmrəylik müraciətilə təbrik etdi
Ərdoğan Qurban bayramını Qəzza ilə həmrəylik müraciətilə təbrik etdi, “zalım” Netanyahuya reaksiya göstərdi
Prezident Ərdoğan Qurban bayramını Qəzza ilə həmrəylik müraciətilə təbrik etdi
İstanbulun Çamlıca məscidində bayram namazından sonra çıxış edən Ərdoğan dini bayramların birlik və həmrəyliyi gücləndirdiyini bildirib. / AA

Prezident Ərdoğan Qurban bayramı müraciətində Qəzzadakı fələstinlilərlə həmrəyliyi vurğulayaraq deyib: “Netanyahu deyilən zalımın dünya müsəlmanlarından lazımi dərsi alacağına inanıram”.

Prezident Rəcəb Tayyib Ərdoğan Qurban bayramı münasibətilə təbrik müraciəti ünvanlayıb.

Ərdoğan müraciətində Qurban bayramını “mənəvi lütf” kimi xarakterizə edərək, bayramın Türkiyə, türk milləti, İslam dünyası və bütün bəşəriyyət üçün xeyirli olmasını diləyib.

Ərdoğan “Qəzza başda olmaqla könül coğrafiyamızın fərqli guşələrində bu bayramı da hüznlə, acı ilə, qəlblərində ağrı ilə qarşılayan bütün qardaşlarıma şəxsim və millətim adına ən güclü həmrəylik mesajlarımı göndərir, Qurban bayramlarını ayrı-ayrılıqda təbrik edirəm”, -ifadələrini işlədib.

Qeyd edək ki, Türkiyə daxilində milyonlarla insan bu gün bayramın ilk günündə bayram namazı qılıb.

Dövlət başçısı Ərdoğan həmçinin İstanbuldakı Çamlıca məscidində qıldığı bayram namazından sonra jurnalistlərə verdiyi açıqlamada dini bayramların ictimai bağları və yardımlaşmanı gücləndirdiyini söyləyib.

“Hər şeydən əvvəl bayramlar sevginin, hörmətin, birliyin, bərabərliyin, həmrəyliyin olduğu günlərdir”, -deyən Ərdoğan Qəzzadakı vəziyyətin Türkiyədəki və dünyadakı müsəlmanların bayram sevincinə kölgə saldığını vurğulayıb.

Benyamin Netanyahuya kəskin reaksiya göstərən Ərdoğan Netanyahunu “zalım” adlandırıb və dünya müsəlmanlarının İsrailin Qəzzadakı hərəkətlərinə qarşı birləşəcəyinə dair gözləntisini dilə gətirib.

Ərdoğan “Netanyahu deyilən zalımın dünya müsəlmanlarından lazımi dərsi alacağına inanıram” deyib.

Türkiyə İsrailin Qəzzadakı hərbi hücumlarının ən kəskin tənqidçilərindən birinə çevrilərkən, Ərdoğan dəfələrlə təcili atəşkəs, humanitar yardımların artırılması və İsrail üzərində beynəlxalq təzyiqin gücləndirilməsi çağırışını edib.

Ərdoğanın bu bəyanatları dünya miqyasında müsəlmanların Qurban bayramını Qəzza və Yaxın Şərqdəki humanitar narahatlıqların davam etdiyi bir vaxtda qeyd etdiyi dövrə təsadüf edib.

Qeyd edək ki, Qurban bayramı İslam aləmində qeyd edilən ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana , keçi və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır.

Araşdırma
Ərdoğan Sudan Baş naziri İdrisə ölkəsinin suverenliyinə olan dəstəyini yenidən ifadə edib
Türkiyədə 15 yaşından kiçiklər üçün sosial media qadağasının vaxtı dəqiqləşdi
Türkiyə XİN: "Yunanıstan törətdiyi vəhşiliklərin üstünü örtməyə çalışır"
Türkiyə dövləti İsrailin beynəlxalq sularda "Qlobal Sumud" donanmasına müdaxiləsini pisləyib
Türkiyə dövləti Krım tatar və Çərkəz sürgünlərinin ildönümü ilə bağlı bəyanat yayıb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı casusluq şəbəkəsini ifşa edib
Prezident R.T.Ərdoğan Yaxın Şərqdə sülh üçün İsrailin təxribatlara son qoymalı olduğunu bildirib
Prezident R.T.Ərdoğan kiber təhlükəsizlik sahəsində daha güclü koordinasiya çağırışı edib
Türkiyədən İraqın yeni hökumətinə dəstək vədi
Türkiyə dövləti Somalidəki hərbi mövcudluğu ilə bağlı iddialara açıqlama verib
Türkiyə BMT-də Yunanıstanın "Türkiyə boğazları" termininin istifadəsinə yönəlmiş etirazını rədd etdi
Türkiyə və Belçika Ankarada müdafiə, diplomatiya və ticarət əlaqələrini müzakirə etdilər
Türkiyə XİN rəhbəri H.Fidan Hörmüz boğazından "silah" kimi istifadə edilməməli olduğunu bildirib
Türkiyə XİN: Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar tamamlanıb
Prezident Ərdoğan: "Geosiyasi inkişaflar Türkiyə-Aİ münasibətlərinin əhəmiyyətini bir daha göstərir"
Türkiyə və Belçika ticarət və investisiya əlaqələrinin daha çox inkişafı üçün cəhd göstərirlər
Belçika Türkiyə ilə strateji tərəfdaşlığının dərinləşdirməkdə əhəmiyyətli potensial görür
Ərdoğan: "İsrailin ekspansionist gündəliyi regional sülhü təhdid edir"
Türkiyə İran və ABŞ arasında davamlı atəşkəs üçün konstruktiv dialoqa çağırıb
Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb