TÜRKİYƏ
1 dəqiqə oxuma
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
15 İyul Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümündə ‘‘İradə bizimdir, Zəfər bizimdir’’ şüarı ilə təşkil edilən yürüş başa çatıb
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib
İstanbulda "İradə bizimdir, zəfər bizimdir" şüarı ilə yürüş təşkil edilib

15 İyul Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümündə ‘‘İradə bizimdir, zəfər bizimdir’’ şüarı ilə təşkil edilən yürüş başa çatıb. 2016-cı ildə FETÖ-nün xain çevriliş cəhdinə qarşı mübarizənin simvoluna çevrilən 5 İyul Şəhidlər Körpüsü bu il də minlərlə vətəndaşı bir araya gətirib. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən ‘‘Demokratiya və şəhidləri anma yürüşü’’ Türkiyə vaxtı ilə saat 10:00-da başlayıb. Əllərində Türkiyə bayraqları daşıyan minlərlə insan yürüşü 15 İyul Şəhidlər Abidəsi önündə yekunlaşdırıb.