Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib.
Rəcəb Tayyib Ərdoğan Srebrenitsa soyqırımının 31-ci ildönümü münasibətilə paylaşım edib. Dövlət başçısı etdiyi paylaşımda bu ifadələrə yer verib: "Tarixin ən qəddar soyqırımlarından biri olan Srebrenitsa qətliamının 31-ci ildönümündə qətlə yetirilən bütün bosniyalı qardaş və bacılarımızı rəhmətlə yad edirik. Şəhidlərimizin ailələrinə və yaxınlarına səbir diləyirəm. Srebrenitsanı heç vaxt unutmayacağıq’’.


























