TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Ərdoğan beynəlxalq ictimaiyyəti İsrailin qlobal sabitliyə təhdid etməsini dayandırmağa çağırıb
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan / AA

Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Suriya və Livana yönəlmiş hücumlarının bu iki ölkə qədər artıq Türkiyəni də təhdid edən nöqtəyə çatdığını ifadə edərək, İsrailin "təcavüzkarlığının" bütün dünya üçün təhdid yaratdığını və dayandırılmasının vacibliyini vurğulayıb.

Dövlət başçısı Ərdoğan TBMM-də etdiyi çıxışda İsrailə Şərqi Aralıq dənizini və daha geniş bir bölgəni daha çox qeyri-sabitliyə sürükləyə biləcək cəhdlər aparmaqda ittiham edib.

"Türkiyənin təhlükəsizliyi təkcə Hataydan deyil, Hələbdən, Dəməşqdən başlayır. Türkiyənin təhlükəsizliyi Beyrutdan başlayır. Qardaşlarımızın ölkələrində heç bir fakt qarşısında dözüm nümayiş etdirmərik, qardaşlarımıza qarşı heç bir hücuma göz yummarıq",-deyən dövlət başçısı ölkənin təhlükəsizliyinin sərhədlərindən kənara uzandığını vurğulayıb.

Ölkələri İsraillə eyni cəbhədə yer almamaq barədə xəbərdar edən Ərdoğan deyib: "Heç kim macəra arxasınca getməsin. Heç kim sionist qətliam şəbəkəsinin quyruğundan yapışmasın” ifadələrindən istifadə edib.

Ərdoğan İsrailin əməllərinin məhdudlaşdırılmaması halında daha ciddi nəticələrin olacağı barədə xəbərdarlıq edərək deyib: "Əgər İsrail quldurluğunun qarşısı alınmadığında, bunun acısını bölgə ilə birlikdə bütün bəşəriyyət çəkəcək. İsrail dayandırılmalıdır. Bu, bəşəriyyətin və bəşəriyyət cəbhəsinin vəzifəsidir. Tarixin təkrarlanmasına icazə verilməməlidir",-deyə vurğulayıb.

"Heç kimin macəra arxasınca getməməsinin vacibliyini vurğulayan dövlət başçısı deyib: "Əgər Şərqi Aralıq dənizində Türkiyənin və Kıbrıs (Kipr) Türkünün haqqına və hüququna qəsd edilərsə, bilinsin ki, cavabımız çox dəqiq olar, çox da sərt olar".

İsrailin dayandırılmalı olduğunu vurğulayan Ərdoğan daha ciddi gərginliklərin qarşısının alınmasının bəşəriyyətin ortaq məsələsinə çevrildiyini qeyd edərək, gərginliyin artmasının qarşısını almağın bütün bəşəriyyətin məsuliyyəti olduğunu söyləyib.