TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə və Suriya arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu rəsmi internet səhifəsində məlumat verib
Türkiyə və Suriya arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Türkiyə və Suriya arasında səhiyyə sahəsində əməkdaşlıq memorandumu imzalanıb

Türkiyə və Suriya arasında səhiyyə və tibb elmləri sahələrində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu rəsmi internet səhifəsində məlumat verib. O, suriyalı həmkarı Musaab Nazzal Alali ilə keçirdiyi görüş zamanı imzalanan sazişin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir K. Memişoğlunun sözlərinə görə, razılaşma çərçivəsində tərəflər səhiyyə sistemlərinin gücləndirilməsi, xüsusilə ictimai sağlamlığın qorunması, yoluxucu xəstəliklərlə mübarizə, eləcə də ana və uşaq sağlamlığı sahələrində birgə fəaliyyət göstərəcəklər. Sənədə əsasən, tərəflər əczaçılıq, tibbi cihazlar, peyvəndlərin hazırlanması, tibbi biotexnologiya, fəlakət və fövqəladə halların idarə edilməsi, həmçinin səhiyyə informasiya sistemləri və səhiyyə turizmi kimi sahələrdə məlumat və texniki təcrübə mübadiləsi aparacaqlar. Kamal Memişoğlu bu sazişin Türkiyə ilə Suriya arasında səhiyyə sahəsindəki əlaqələri daha da inkişaf etdirəcəyinə inandığını bildirərək, əməkdaşlığın hər iki ölkəyə faydalı olmasını arzulayıb.

Araşdırma
R.T.Ərdoğan bir sıra ölkələrin Türkiyədəki yeni səfirlərinin etimadnamələrini qəbul edib
Dünya Çempionatı ərəfəsində Los-Ancelesdə "Turkish Vibe Zone" turniri start götürür
Hakan Fidan:"Hörmüz boğazı qlobal təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir''
Konyada NATO-nun hava hücumundan müdafiə sistemi yerləşdiriləcək
Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb
TUSAŞ gənclərin işləmək üçün ən çox üstünlük verdiyi şirkət seçilib
Türkiyənin paytaxtı Ankarada yeni hava limanı istismara verilib
Prezident R.T.Ərdoğan Azərbaycanın 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik mesajı yayımlayıb
Ankara Hava Limanının açılışı bu gün baş tutacaq
Prezident R.T.Ərdoğan Türkiyənin süni intellekt sahəsindəki inkişafı haqqında danışıb
TANAP 2018-ci ildən bəri 99 milyard kubmetrə yaxın təbii qaz nəql edib
130 il sonra Türkiyədə nəsli kəsildiyi zənn edilən Amasiya laləsi yenidən kəşf olundu
Berlində Avro-Atlantik Təhlükəsizliyinin Gələcəyinin Formalaşdırılması mövzusunda iclas  keçirildi
Burhanəddin Duran Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələrini qiymətləndirib
Ərdoğan: "Türkiyə Qırmızı Aypara Cəmiyyəti qlobal humanitar yardım səyləri ilə seçilir"
Türkiyə iki tərəf arasında imzalanan hərbi razılaşmaya sərt cavab verəcəyi barədə xəbərdarlıq edib
R.T.Ərdoğan Türkiyə Qızıl Aypara Cəmiyyətinin 158-ci ildönümü münasibətilə təbrik mesajı yayıb
Prezident Ərdoğan: "İsrailin Suriya və Livanda həyata keçirdiyi hücumlar Türkiyəyə təhlükə yaradır"
Türkiyə COP31 iqlim sammitinə ev sahibliyi müqaviləsini imzalayıb
Hakan Fidan Prezident Ərdoğanı Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi sammitində təmsil edəcək