TÜRKİYƏ
1 dəqiqə oxuma
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəsmi internet saytındakı "Xüsusi kolleksiya" bölməsinin "Fotoşəkillər" hissəsinə yeni şəkil əlavə edilib
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı
MİT 1950-ci ildə şəhid olan təşkilat əməkdaşı Arif Nəcib Kaşkatının fotoşəklini paylaşdı

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəsmi internet saytındakı "Xüsusi kolleksiya" bölməsinin "Fotoşəkillər" hissəsinə yeni şəkil əlavə edilib. Sözügedən arxiv fotosu 1901-ci ildə Razqradda anadan olmuş və Milli Təhlükəsizlik Xidmətinin (MAH) heyətində mühüm vəzifələr icra etmiş Arif Nəcib Kaşkatıya məxsusdur.

Fotoşəklin yanında Kaşkatının həyatı və fəaliyyəti haqqında aşağıdakı məlumatlar yer alıb:

"1901-ci ildə Razqradda anadan olan Arif Nəcib Kaşkatı 1931-ci ildən 1950-ci ildə şəhid olana qədər Bolqarıstanda MAH daxilində mühüm vəzifələrdə çalışmış, Türkiyəyə qarşı yönələn kəşfiyyat fəaliyyətlərinin qarşısının alınmasında böyük rol oynamışdır. Trakiyada bir çox İstanbul qəzetinin müxbiri kimi fəaliyyət göstərən, bolqar dilini mükəmməl bilən və Bolqarıstandakı türk soydaşlarımız arasında "Cənab hristo" ləqəbi ilə tanınan Kaşkatı xidməti dövründə güclü xarakteri ilə seçilmişdir. O, 1950-ci ilin iyun ayında Bolqarıstan sərhədini keçərək Ədirnəyə daxil olmağa çalışarkən, hər iki tərəfə işləyən bolqar agentinin xəyanəti nəticəsində şəhid edilmişdir. Ruhu şad olsun."