TÜRKİYƏ
1 dəqiqə oxuma
Əbdülkadir Uraloğlu yanacaq qiymətlərindəki artımla bağlı açıqlama verib
Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu İstanbul Sənaye Palatasının iclasından sonra jurnalistlərə mühüm açıqlamalar verib
Əbdülkadir Uraloğlu yanacaq qiymətlərindəki artımla bağlı açıqlama verib
Əbdülkadir Uraloğlu yanacaq qiymətlərindəki artımla bağlı açıqlama verib / Anadolu Agency

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu İstanbul Sənaye Palatasının iclasından sonra jurnalistlərə mühüm açıqlamalar verib. Nazir qlobal enerji bazarındakı vəziyyətə toxunaraq, xam neftin qiymətinin 50 faizdən çox, təyyarə yanacağının isə dünya miqyasında iki dəfə bahalaşdığını diqqətə çatdırıb.

Bölgədəki gərginliklə bağlı aviasiya sahəsində yaranan çətinliklərdən danışan Uraloğlu bir müddətdir İranda qalan "Pegasus" aviaşirkətinə məxsus təyyarənin aprelin 21-də Türkiyəyə qayıtdığını təsdiqləyib. O, həmçinin "Türk Hava Yolları"na məxsus digər bir təyyarənin də cümə axşamına qədər ölkəyə gətirilməsinin gözlənildiyini bildirib. Nazir qeyd edib ki, hava məkanlarının bağlanması səbəbindən yerli aviaşirkətlər may ayının sonuna qədər bölgədəki bir çox ölkəyə uçuşları ləğv etmək məcburiyyətində qalıb.

Avtomobil yolları və körpü rüsumlarına dair sualları cavablandıran Əbdülkadir Uraloğlu hökumətin bazarın sabitliyini yaxından izlədiyini və hazırda qiymətlərin yenidən artırılmasının gündəmdə olmadığını qeyd edib.