TÜRKİYƏ
1 dəqiqə oxuma
Dezenformasiya ilə Mübarizə Mərkəzi Türkiyənin Uqanda haqqındakı bəynat mətnini təkzib edib
DMM Türkiyə Xarici İşlər Nazirliyinin loqosunu daşıyan sənədin ictimaiyyəti yanıltmaq məqsədilə rəqəmsal mühitdə saxta olaraq hazırlandığını bildirib
Dezenformasiya ilə Mübarizə Mərkəzi Türkiyənin Uqanda haqqındakı bəynat mətnini təkzib edib
Dezenformasiya ilə Mübarizə Mərkəzi Türkiyənin Uqanda haqqındakı bəynat mətnini təkzib edib / َAA

Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Dezenformasiya ilə Mübarizə Mərkəzi (DMM) Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi haqqında Türkiyə Xarici İşlər Nazirliyinin loqosu və rəsmi blankı ilə dərc olunan bəyanatın saxta olduğunu açıqlayıb.

Məsələylə bağlı Türkiyə Dezenformasiya ilə Mübarizə Mərkəzinin sentyabrın 21 yaydığı bəyanatda deyilir: "Xarici İşlər Nazirliyimizin gerbi və rəsmi blankından istifadə edilərək “Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhoozi Kainerugabanın hədələri haqqında” başlığı ilə yayımlanan mətn tamamilə saxtadır. Uqandadakı Türkiyə səfirliyi tərəfindən Xarici İşlər Nazirliyimizin və ya aidiyyəti qurumlarımızın internet saytında, eləcə də rəsmi kanallarında belə bir bəyanatın və ya bildirişin yer almadığı bəyan edilib."

Sözügedən əsassız sənədin rəqəmsal imkanlarla saxta şəkildə tərtib olunduğu və ictimaiyyəti aldatmaq məqsədi daşıdığı vurğulanan bəyanatda həqiqətə zidd olan məlumat və saxta sənədlər üzərindən həyata keçirilən bu cür dezenformasiya fəaliyyətlərinə inanmamaq çağırışı edilib. Rəsmi məlumatlar üçün yalnız Türkiyə Respublikasının aidiyyəti rəsmi qurumlarına məxsus yayım vasitələrinin izlənilməsi xahiş olunub.

MƏNBƏ:TRT