TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Cənubi Kipr Yunan Administrasiyasına qarşı silah embarqosunu daha bir il – 2027-ci il sentyabrın 30-dək uzatması ilə bağlı bəyanat yayıb
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''
Türkiyə XİN:'' Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq''

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-nin Cənubi Kipr Yunan Administrasiyasına qarşı silah embarqosunu daha bir il – 2027-ci il sentyabrın 30-dək uzatması ilə bağlı bəyanat yayıb.

Nazirlik Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyinin bu qərara dair mövqeyini tam dəstəklədiyini bildirib. Bəyanatda vurğulanıb ki, Kipr yunan tərəfinin adanın digər bərabərhüquqlu sahibi olan türk xalqına təzyiqlərini artırdığı və intensiv şəkildə silahlandığı bir vaxtda regional sabitliyə xələl gətirən addımlardan çəkinmək lazımdır.

"Adada iki tərəf arasında etimad mühitini daha da zədələyəcək addımlardan çəkinməli olduğumuzu bir daha vurğulayırıq. Türkiyə hər zaman Kiprdəki türk xalqının hüquq və maraqlarını qoruyacaq, onların təhlükəsizliyini təmin edəcək və ŞKTR-nin beynəlxalq müstəvidə layiq olduğu yeri tutması istiqamətində səylərini qətiyyətlə davam etdirəcək’’,-deyə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda vurğulanıb.