Krımın qondarma administrasiyasının rəhbəri Sergey Aksyonov sosial media hesabından məsələ ilə bağlı açıqlama verib.
Ukrayna ordusunun Krım körpüsünə yenidən hücum etdiyini qeyd edən Aksyonov "Bütün aidiyyəti qurumlar öz vəzifələrinin başındadır. Dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi üzrə işlər aparılır" ifadəsini işlədib.
Qeyd edək ki, həftənin əvvəlində Ukrayna ordusunun Krım körpüsünə hücum etdiyi və körpüyə ziyan dəydiyi bildirilib.
Rusiya İstintaq Komitəsi hadisəni "terror aktı" kimi qiymətləndirib və istintaqa başlayıb.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin Prezident Vladimir Putinə körpüdəki vəziyyətlə bağlı məlumat verib.
Ukrayna ordusu 2022 və 2023-cü illərdə də körpüyə hücumlar həyata keçirib.
Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımı Rusiya torpaqları ilə birləşdirən və "Kerç" adı ilə də tanınan körpü strateji əhəmiyyətə malikdir.


















