Sosial media hesabından məsələ ilə bağlı açıqlama verən Aksyonov Ukrayna ordusunun Krım körpüsünə yenidən hücum etdiyini qeyd edərək “Körpüdə hərəkət dayandırılıb” ifadəsini işlədib.
Sergey Aksyonov Krım sakinlərini körpüdən istifadə etməkdən çəkinməyə çağırıb.
Rusiya İstintaq Komitəsindən verilən açıqlamada hadisə ilə bağlı “terror aktı” maddəsi üzrə istintaqa başlanıldığı bildirilib.
Rusiya Baş nazirinin müavini Marat Xusnullin Krım körpüsünə edilən hücumlardan sonra hökumət komissiyası ilə iclas keçirib.
İclasda Krım körpüsündəki ziyanın aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunub.
Kremlin sözçüsü Dmitri Peskov da paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada Rusiya Baş nazirinin müavini Marat Xusnullinin Prezident Vladimir Putinə körpüdəki vəziyyətlə bağlı məlumat verdiyini açıqlayıb.
Noyabrın 16-da Ukraynanın Krım körpüsünə hücum etdiyi və körpüyə ziyan dəydiyi bildirilmişdi.
Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımı Rusiya torpaqları ilə birləşdirən və “Kerç” adı ilə də tanınan körpü strateji əhəmiyyətə malikdir.























