TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə Avropa Parlamentinə reaksiya verdi: "Tarixi faktlar təhrif edilir"
Türkiyə Avropa Parlamentinin Türkiyə Silahlı Qüvvələrini hədəf alan addımlarını pislәyb
Türkiyə Avropa Parlamentinə reaksiya verdi: "Tarixi faktlar təhrif edilir"
Türkiyə Avropa Parlamentinə reaksiya verdi: "Tarixi faktlar təhrif edilir"

Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Avropa İttifaqı (Aİ) büdcəsinə dair verdiyi rəydə Kipr yunan administrasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının da tövsiyə edildiyi məlum olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

"Türkiyə Silahlı Qüvvələri 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin türk sakinlərinin məhv edilməsinin qarşısını alıb və adaya yarım əsrdən artıqdır davam edən sülhü gətirib. Yunan tərəfindən irəli sürülən iddialar tarixi həqiqətləri təhrif edir və siyasiləşdirir. Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən uzaqlaşaraq yunan tərəfinin təbliğatına alət olması icmalararası etimada zərər verir. Aİ rəsmilərinə atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin vasitəsinə çevrilməmələri ilə bağlı çağırış edirik’’,-deyə bəynatda vurğulanıb.